"Kristal Bakı" 10 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 30 iyul, 2025
  • 14:21
Kristal Bakı 10 milyon manatlıq istiqraz buraxır

Avqustun 25-də, saat 15:00-da "Kristal Bakı" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32/24 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin hər birinin nominal dəyəri 20 000 manat olan 500 ədəd (10 milyon manatlıq) adlı, faizli, sənədsiz, təmin edilməmiş istiqrazlarının kütləvi təklif üsulu ilə buraxılışı məsələsi daxildir.

Xatırladaq ki, "Kristal Bakı" 2020-ci ildə dövlət qeydiyyatına alınıb, yaşayış binalarının inşası və satışı ilə bağlıdır. Şirkətin nizamnamə kapitalı 1 milyon manatdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur.