“Kredex” BOKT-nin zərəri 5% artıb
Maliyyə
- 20 may, 2020
- 10:30
“Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 35 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə, təxminən, 5% çoxdur.
Bu il yanvarın 1-nə “Kredex”in aktivləri 837 min manat olub ki, bu da 1 il əvvələ nisbətən təxminən 71,5% çoxdur. Bunun 759 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 71,3% böyüyüb.
Hesabat dövründə “Kredex”in öhdəlikləri 97% artaraq 780 min manata çatıb, balans kapitalı isə 38% azalaraq 57 min manata düşüb.
Xatırladaq ki, “Kredex” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
Son xəbərlər
03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56
Türkiyə NASA-nın "Artemis Sazişləri"nə qoşulub
Region02:33
WSJ: ABŞ-nin ordu naziri Driskoll istefa verib
Digər ölkələr02:18
Polşa dron istehsalı zavodunun yandırılmasında xarici kəşfiyyatın izinin olduğunu açıqlayıb
Digər ölkələr01:53
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
Futbol01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41