"Kredaqro"nun xalis zərəri 65% azalıb
- 26 iyul, 2017
- 07:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 iyul. REPORT.AZ/ “Kredaqro” QSC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 15,027 mln. manat təşkil edib.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 57,5% azdır.
“Kredaqro”nun aktivlərinin 71,7%-ni və yaxud 10,774 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 62,6% azdır.
Hesabat dövründə “Kredaqro”nun cəmi öhdəlikləri 53% azalaraq 14,72 mln. manata, o cümlədən banklara və digər maliyyə institutlarına ödəniləcək vəsaitlər 53,2% azalaraq 14,535 mln. manata düşüb. BOKT-un cəmi kapitalı isə 92,4% azalaraq 307 min manat olub.
2016-cı ildə “Kredaqro”nun faiz gəlirləri 3,814 mln. manat (2015-ci ilə nisbətən 73,1% az), faiz xərcləri 1,262 mln. manat (54,6% az), qeyri-faiz gəlirləri 4,786 mln. manat (3 dəfə çox), qeyri-faiz xərcləri isə 7,331 mln. manat (54,5% az) təşkil edib. BOKT ötən il kreditlərin dəyərsizləşməsi üzrə xüsusi ehtiyatın yaradılmasına əvvəlki illə müqayisədə 3% - 3,64 mln. manat ayırıb, 97 min manat isə mənfəət vergisi ödəyib. Bununla da “Kredaqro” 2016-cı ili 3,73 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 65,2% azdır.
Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452,3 min manatdır. BOKT-un təsisçisi, ABŞ-dan qeydiyyatdan keçmiş “ACDI/VOCA” şirkətidir.