“Kredaqro” BOKT-un xalis mənfəəti 29 %-ə yaxın artıb

Maliyyə
  • 01 aprel, 2025
  • 10:13
“Kredaqro” BOKT-un xalis mənfəəti 29 %-ə yaxın artıb

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 112 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 28,7 % çoxdur.

Ötən il “Kredaqro”nun vergiyəqədərki mənfəəti 147 min manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 35 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 10,48 milyon manat olub ki, bu da illik müqayisədə 22,2 % çoxdur. Bunun 6,914 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 29,5 % böyüyüb.

Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 50,2 % artaraq 5,368 milyon manata, balans kapitalı isə 2,2 % artaraq 5,111 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,2 dəfə artaraq 1 milyon manata çatıb.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. BOKT-nin təsisçisi 100% Rusiyaya məxsus “Aqromostfinans” MMC-dir.