Ziyad Səmədzadə: "Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyəti şəffafdır" - ƏLAVƏ OLUNUB

Maliyyə
  • 05 may, 2020
  • 13:28
Ziyad Səmədzadə: Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyəti şəffafdır - ƏLAVƏ OLUNUB
Ziyad Səmədzadə
Report

İlk xəbər saat 17:18-də verilib

"Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanmış vəsaitlərin xərclənməsi üzərində ciddi nəzarət olacaq".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və adı çəkilən fondun İctimai Nəzarət Şurasının üzvü Ziyad Səmədzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

"Fonda 11 mindən çox insan dəstək verib, 113 milyon manatdan çox pul toplanıb. Onun fəaliyyəti kifayət qədər şəffafdır. İctimai Nəzarət Şurasının yaradılması mühüm hadisədir", - o qeyd edib. 

***

İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli isə bildirib ki, Fonddakı vəsaitlərin xərclənmə istiqamətlərini bütün cəmiyyət bilməlidir: "Xərclənmə zamanı sosial problemlərin həlli, həkimlərin ailə üzvlərinin sosial müdafiəsi, sığortalanması kimi məsələlər əsas yer tutacaq. Bu siyahıya əsgərlərimizi, onların ailəsini də əlavə edərdim. Sosial problemlərin monitorinqi də aparılmalıdır. Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilib. 

Ziyad Səmədzadə isə əlavə edib ki, xərclənmə ilə bağlı qiymətləndirmələr aparılır: "Səhiyyə sisteminin az inkişaf etdiyi sahələr nəzərdən keçiriləcək".

44 - Tezliklə