"Kəpəz" BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 15 iyul, 2022
  • 12:11
Kəpəz BOKT ötən ili mənfəətlə başa vurub

"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 43 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-cu illə müqayisədə 76% və yaxud 4,2 dəfə azdır.

Ötən il "Kəpəz"in vergiyəqədərki mənfəəti 53 min manat (əvvəlki illə müqayisədə 4,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 11 min manat (4,1 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə "Kəpəz"in aktivləri 5,112 milyon manat olub ki, bu da illik müqayisədə 64,7 % çoxdur. Bunun 3,835 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 37,8 % böyüyüb.

Hesabat dövründə "Kəpəz"in öhdəlikləri 81,1 % artaraq 3,818 milyon manata, balans kapitalı isə 29,8 % artaraq 1,294 milyon manata, nizamnamə kapitalı isə 2,1 dəfə artaraq 1,185 milyona çatıb.

Xatırladaq ki, "Kəpəz" 2013-cü ildə yaradılıb.