“Kapital Bank” və onun rəhbər şəxsi qlobal mükafata layiq görülüb

Maliyyə
  • 23 may, 2023
  • 08:11
“Kapital Bank” və onun rəhbər şəxsi qlobal mükafata layiq görülüb

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan “Kapital Bank” ASC daha bir nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank və onun Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova “Employer Brand Stars” (“İşəgötürən Brendi Ulduzları”) qlobal təltifləri üzrə Liderlik istiqamətində olan ən yüksək sayılan qızıl mükafata layiq görülüb.

“Kapital Bank bu gün Azərbaycanda işçi sayına görə ən böyük bankdır. Biz təkcə işçi sayımızı deyil, paralel olaraq işçi təcrübələrimizi və məmnuniyyətini artırırıq. İlk hədəfimiz budur ki, bankda çalışan hər bir insan işdən evə qayıdarkən özü ilə yeni biliklər, əvəzsiz təcrübələr və pozitiv emosiyalar aparsın. Bizim işçi dəyər təklifimiz məhz inkişaf və öyrənmə üzərində qurulub. Ölkəmizin ən böyük işəgötürənlərindən biri kimi bu mükafatı Azərbaycan şirkəti olaraq ilk dəfə məhz biz əldə etmişik”, - deyə F.Məmmədova bildirib.

Mükafatı London mərkəzli “Employer Brand Academy” təşkil edir və namizədləri beynəlxalq münsiflər heyəti qiymətləndirir. Bu ilki tədbirdə mükafatlandırılanlar arasında “Türkcell”, “Philipp Morris” və s. kimi iri şirkətlər də olub.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, “BirKart” sifarişi üçün – https://kbl.az/tkstcrd.

44 filmi