Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək

Maliyyə
  • 23 avqust, 2024
  • 07:07
Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək

Sentyabrın 26-da, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə "Kapital Bank"ın 2023-cü ildəki fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.