“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Maliyyə
- 14 fevral, 2024
- 04:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 29-da, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə “Kapital Bank”ın 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi, Bankın səhmdarlarına dividend ödənilməsi, Fərid Məmmədovun növbəti dəfə Müşahidə Şurasının üzvü seçilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.
Son xəbərlər
03:44
"O Jogo": Ronaldu karyerasını Portuqaliya millisində başa çatdırmaq qərarına gəlib
Futbol03:08
ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək
Digər ölkələr02:39
Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr02:23
Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb
Digər ölkələr01:51
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:12
Tramp: ABŞ hərbçiləri üç gündə Hörmüzdən rekord miqdarda neftin çıxarılmasına kömək edib
Digər ölkələr00:41
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçib – YENİLƏNİB
Hadisə00:37
"Marca": Ronaldu Portuqaliya yığmasında karyerasını başa vura bilər
Futbol00:24