“Kapital Bank” müştərilərinə müraciət etdi

Maliyyə
  • 09 oktyabr, 2020
  • 12:21
“Kapital Bank” müştərilərinə müraciət etdi

Sentyabrın 27-dən başlayaraq müharibə şəraitinin davam etməsi səbəbindən cəbhə bölgəsi ilə yanaşı, ölkədə informasiya və kiber müharibə sahəsində də gərginlik davam edir. Həmçinin Ermənistanın ölkəmizə qarşı olan təxribatları bank/maliyyə sektorundan da yan keçməyib.

Belə ki, ölkə banklarının müştərilərinə bank, bankın rəhbər şəxsləri və yaxud əməkdaşları adından bankın serverinin erməni hakerlərinin hücumuna məruz qaldığı və bu səbəbindən bankdan depozitlərin dərhal geri çəkilməsinə dair həqiqətə uyğun olmayan mesajlar və elektron məktublar göndərilir.

Müştərilərdən xahiş edirik ki, belə məzmunlu məlumatlara, həmçinin buna bənzər digər əsassız və mənbəyi göstərilməyən məlumatlara əhəmiyyət verməsinlər və yalnız "Kapital Bank" ASC-nin KİV-də və yaxud rəsmi internet səhifəsində yerləşdirilən xəbərlərə istinad etsinlər.