“Kapital Bank”ın əməkdaşı innovasiya üzrə mükafat aldı
- 19 dekabr, 2022
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 13-də Azərbaycanda 2-ci dəfə İllik İnnovasiya Sammiti keçirildi. “Bakı dünyaya səslənir!” şüarı ilə keçirilən tədbir “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutdu. “Kapital Bank” ASC isə sammitin baş sponsoru idi.
Sammit çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycanda ilk dəfə olaraq İnnovasiya sahəsində çalışan dövlət və özəl sektor nümayəndələrinə "IDDA Awards" mükafatı təqdim etdi. “Kapital Bank”ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə də bu mükafat çərçivəsində “Ölkənin İnnovasiya sahəsinin ən dəyərli insanı” mükafatına layiq görüldü. “Kapital Bank” ölkə bankları arasında mükafat alan yeganə maliyyə qurumu idi.
Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək idi.
Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.