"Kapital Bank"ın adi səhmdarlarının sayı azalıb
- 08 iyun, 2026
- 16:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə "Kapital Bank" ASC-nin 195 adi və 77 imtiyazlı səhmdarı olub.
"Report" bu barədə Bankın illik idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən ilin II yarısında "Kapital Bank"ın adi səhmdarlarının sayı 3 vahid və yaxud 1,5 % azalıb, imtiyazlı səhmdarlarının sayı isə dəyişməyib.
Adi səhmdarların sayında azalma səhm sahibi olan fiziki şəxslərin sayının 3 nəfər və yaxud 1,5 % azalaraq 193-ə düşməsi, hüquqi şəxslərin sayının isə dəyişməyərək 2 qalması bağlıdır. İmtiyazlı səhmlər isə ötən il iyulun 1-nə olduğu kimi 71 fiziki və 6 hüquqi şəxsə məxsusdur.
Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.