Kamola Mahmudova: "Azərbaycan İnvestisiya Paneli EBRD-nin ziyarətçisi çox olan tədbirlərindən birinə çevrilib"
- 19 may, 2023
- 18:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan İnvestisiya Paneli Səmərqənddə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ziyarətçisi çox olan tədbirlərindən birinə çevrilib.
"Report" xəbər verir ki, bu barədə AYİB-in Bakı ofisinin rəhbəri Kamola Mahmudova tviter hesabında bildirib.
"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun komandası əsas islahatlar, problemlər və unikal imkanlar, bərpa olunan enerji mənbələri və dövlət şirkətlərinin kommersiyalaşdırılması ilə bağlı planlardan danışıblar. Doğru yerdə, lazımi vaxtda!", - K.Mahmudova qeyd edib.
Azerbaijan investment panel was one the most attended events at @EBRD AM 2023 in Samarkand. @MikayilJabbarov ‘s team outlined key reforms , challenges and unique opportunities, ambitious renewable energy plans and commercialisations of state companies. Right place right time! pic.twitter.com/vB40yadX8n
— Kamola Makhmudova (@Kamola) May 19, 2023