"JPMorgan": Səhmlərin qiyməti 2-3 il ərzində 40% ucuzlaşa bilər

Maliyyə
  • 08 mart, 2018
  • 11:19
JPMorgan: Səhmlərin qiyməti 2-3 il ərzində 40% ucuzlaşa bilər

Bakı. 8 mart. REPORT.AZ/ Səhmlərin qiyməti yaxın 2-3 il ərzində 40% geriləyə bilər. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə proqnoz ABŞ-ın nüfuzlu "JPMorgan" bankının həmsədri Daniel Pinto tərəfindən verilib.

O qeyd edib ki, səhm bazarları hələ bir qədər də artmağa davam edəcək: "Lakin daha sonra inflyasiya təhlükəsi maliyyə bazarlarına öz təsirini göstərməyə başlayacaq". 

D.Pinto tədricən blokçeyn texnologiyasının önəminin artacağını da bildirib. 

44 filmi