İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Maliyyə
  • 27 dekabr, 2024
  • 09:22
İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsini təsdiqləyib.

"Report" xəbər verir ki, Fondun gələn il üçün gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat proqnozlaşdırılır.

Bu, 2024-cü ilin büdcəsinə nisbətən 9,5 % çoxdur.