IsDB: 14-cü Gənclər İnkişaf Forumu daha güclü əməkdaşlığa çağırışla yekunlaşıb
- 16 iyun, 2026
- 19:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Bakıda keçirilmiş 14-cü Gənclər İnkişaf Forumu gəncləri gücləndirilən və dayanıqlı regional inkişafa töhfə verən genişləndirilə bilən həllərin hazırlanması üçün hökumətlər, inkişaf qurumları, akademiya, özəl sektor və gənclər təşkilatları arasında daha güclü əməkdaşlığa çağırışla yekunlaşıb.
"Report" bu barədə İslam İnkişaf Bankına (IsDB) istinadən xəbər verir.
Tədbir IsDB Qrupunun illik toplantıları çərçivəsində baş tutub, daha güclü regional əməkdaşlığın gənclərin məşğulluğunun, sahibkarlıq, mobillik, innovasiya və dayanıqlı inkişafınının necə irəliləyə biləcəyini araşdırıb.
Forumun "Sərhədsiz Gənclər: Gənclərin Gücləndirilməsi üçün Katalizator Olaraq Regional Əməkdaşlıq" adlı yüksək səviyyəli panel müzakirəsində ADA Universitetinin əlavə professoru və Dünya Bankının baş məsləhətçisi Ramil Məhərrəmov, Avropa Gənclər Parlamenti Azərbaycanın Nəzarət Şurasının üzvü və NAYORA-nın sədr müavini Güldanə Dadaşova, "SABAH.HUB"ın həmtəsisçisi və baş icraçı direktoru və SABAH Fondunun həmtəsisçi baş tərəfdaşı Rəhim Bayramlı və beynəlxalq gənclər və gender eksperti, Gender Hub Azərbaycanın təsisçisi və COP29 Təşkilat Komitəsinin üzvü Məryəm Məcidova iştirak ediblər.
Panelin iştirakçıları gənclərin rəhbərlik etdiyi biznesləri dəstəkləyən, bilik mübadiləsini asanlaşdıran və gənc sahibkarların transsərhəd ticarət və rəqəmsal iqtisadiyyatlarda iştirakı üçün imkanları genişləndirən daha güclü regional əməkdaşlıq çərçivələrinə ehtiyacı vurğulayıblar. Müzakirələrdə həmçinin regional əməkdaşlıq təşəbbüslərinin hazırlanması və həyata keçirilməsində gənclərin təmsil olunmasının vacibliyi qabardılıb.