İpoteka və Kredit Zəmanət Fondunda media nümayəndələri üçün təlim keçirilib

Maliyyə
  • 27 iyul, 2026
  • 16:38
İpoteka və Kredit Zəmanət Fondunda media nümayəndələri üçün təlim keçirilib

İpoteka və Kredit Zəmanət Fondunun və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə media nümayəndələri üçün təlim keçirilib.

"Report" Fonda istinadən xəbər verir ki, təlim iştirakçılarına əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmləri barədə təqdimatlar edilib.

Bu il iyulun 1-nə ipoteka kreditləşməsi hesabına 59 mindən çox ailənin, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə isə 9500-dən çox ailənın mənzil şəraiti yaxşılaşıb. Bunların 60 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Təlim zamanı mövzular üzrə ətraflı müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Sonda media nümayəndələrinə sertifikatlar təqdim edilib.