İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçib
- 28 yanvar, 2022
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə xidmətlərlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Qalib şirkətə 100 manat ödəniləcək.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
“Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100 % "Unibank" ASC-dir.