“İpək Yolu Sığorta”nın xalis mənfəəti 25 % azalıb
- 29 mart, 2023
- 05:39
Yeniliklərdən dərhal xəbərdar olun!
“İpək Yolu Sığorta” ASC 2022-ci ili 726 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 25,2 % azdır.
Ötən il “İpək Yolu Sığorta”nın gəlirləri 20,589 milyon manat (əvvəlki ilə nisbətən 2,6% çox), xərcləri 19,682 milyon manat (4,4% çox), mənfəət vergisi ödəmələri isə 182 min manat (25,2 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 32,238 milyon manat olub ki, bu da illik müqayisədə 35,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,3 dəfə artaraq 16,688 milyon manata çatıb, balans kapitalı isə 7,1 % azalaraq 15,551 milyon manata düşüb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i “ASG Business Aviation” MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.