“İpək Yolu Sığorta”nın xalis mənfəəti 2 dəfədən çox artıb
- 24 mart, 2025
- 17:33
Yeniliklərdən dərhal xəbərdar olun!
“İpək Yolu Sığorta” ASC 2024-cü ili 1,567 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,35 dəfə çoxdur.
Ötən il “İpək Yolu Sığorta”nın gəlirləri 9,212 milyon manat (əvvəlki ilə nisbətən 53,6 % az), xərcləri 7,253 milyon manat (61,8 % az), mənfəət vergisi ödəmələri isə 392 min manat (2,35 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 23,39 milyon manat olub ki, bu da illik müqayisədə 26,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 56,8 % azalaraq 7,054 milyon manata düşüb, balans kapitalı isə 5,6 % artaraq 16,335 milyon manata çatıb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i “ASG Business Aviation” MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.