“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Maliyyə
  • 17 aprel, 2023
  • 08:19
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İnflyasiya göstəriciləri fonunda dollar indeksi

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Ötən həftə ABŞ-da proqnozların altında dərc olunan inflyasiya göstəriciləri və Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) son toplantısının protokollarından sonra maliyyə sektorundakı son qarışıqlıq fonunda bu ilin sonunda resessiyanın yaşanacağı ehtimalların daha da güclənməsi təsdiqlənib. Buna baxmayaraq, əksər investorlar FED-in mayın 3-də keçiriləcək iclasında faiz dərəcələrini əlavə 0,25 % artıracağını düşünür.

Qarşıdakı bir neçə gün ərzində FED-in iclası ərəfəsində ənənəvi sükut dövrünə girməzdən əvvəl Nyu-York FED-in prezidenti Con Uilyams, icraçı direktorlar Mişel Bouman, Kristofer Uoller və Liza Kuk da daxil olmaqla bir neçə FED rəsmisinin çıxışı investorlarının diqqət mərkəzində olacaq.

Həftə ərzində həmçinin ABŞ-da, İngiltərədə, avrozonada və Almaniyada dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri də izləniləcək vacib iqtisadi göstəricilər arasında yer alır.

EUR

Bu həftə avrozonada açıqlanacaq inflyasiya göstəriciləri, Avropa Mərkəzi Bankının son toplantısını protokolları və qurumun sədri Kristin Laqardın çıxışı EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən EUR/USD məzənnəsində qiymət 1,09 ABŞ dolları üzərində qaldığı müddətcə, avro dollar qarşısında 1,12 ABŞ dolları hədlərinə qədər bahalaşa bilər.

GBP

Ötən həftəni 1,24 ABŞ dolları səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq inflyasiya səviyyəsi, pərakəndə satış dövriyyəsinin həcmi və əmək bazarına dair göstəricilər ciddi təsir edə bilər.

Mart ayına olan inflyasiya məlumatları İngiltərə Mərkəzi Bankının rəsmilərinin gələn ay keçiriləcək toplantıda faiz dərəcələrini əlavə 0,25 % dəyişəcəyini müəyyən edə bilər.

GOLD

Amerikada ardıcıl olaraq zəif açıqlanan iqtisadi göstəricilər fonunda 2 031 ABŞ dollara kimi bahalaşan qızılın unsiya üzrə qiyməti həftəsonuna doğru bir qədər geriləyərək ötən həftəni 2 004 ABŞ dolları səviyyəsində başa vurub.

Təhlillərə əsasən bu həftə açıqlanacaq önəmli iqtisadi göstəricilər qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qızılın bir unsiya üzrə dəyəri 2 010 ABŞ dolları həddinin üzərində möhkəmlənə bilsə, 2 025 ABŞ dollara və 2 032 ABŞ dollara kimi bahalaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvestAZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.