“International” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 11 oktyabr, 2022
  • 10:56
“International” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 14-də "Bakı Fond Birjası" QSC-də (BFB) "International" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.