"International Leasing" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 23 iyul, 2026
  • 18:06
International Leasing maliyyə vəziyyətini açıqlayıb

"International Leasing" ASC 2025-ci ili 342 min manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11 % çoxdur.

Ötən il "International Leasing"in vergiyəqədərki mənfəəti 436 min manat (əvvəlki ilə nisbətən 12,4 % çox), mənfəət vergisi ödəmələri isə 94 min manat (19 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "International Leasing"in aktivləri 4,662 milyon manat olub ki, bu da illik müqayisədə 82,25 % çoxdur. Bunun 4,472 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Ötən il səhmdar cəmiyyətinin lizinq portfeli 88,6% böyüyüb.

Hesabat dövründə şirkətin öhdəlikləri 2,7 dəfə artaraq 3,332 milyon manata, balans kapitalı isə 1,4 % artaraq 1,33 milyon manata çatıb.

"İnternational Leasing" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmlərinin 45 %-i Nicat Həsənova, 45 %-i onun qardaşı Rifat Həsənova, 10 %-i isə Leyla Cabbarovaya məxsusdur. N.Həsənov həm də "Express Lombard" ASC-nin, R.Həsənov isə həm də "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarlarıdır. 2-cinin İdarə Heyətinin sədri isə N.Həsənovdur.