"International Leasing"in istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 03 iyul, 2025
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 10-da "Bakı Fond Birjası" QSC-də (BFB) "International Leasing" ASC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqrazım yerləşdirilməsi kütləvi hərrac üsulu ilə, birqiymətli hərracla həyata keçiriləcək.
İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri " Capital Partners İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, “İnternational Leasing” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmlərinin 45 %-i Nicat Həsənova, 45 %-i onun qardaşı Rifat Həsənova, 10 %-i isə Leyla Cabbarovaya məxsusdur. R.Həsənov “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.