"International" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 13 oktyabr, 2026
  • 11:41
International BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 11-də, saat 10:00-da "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 12A ünvanında olacaq.

Yığıncağın gündəliyinə BOKT-un Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi daxildir.

Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. BOKT-un səhmdarı 100 % Rifat Həsənovdur.

44 - Tezliklə