"İnternational” BOKT-un istiqrazlarına 9 investor maraq göstərib

Maliyyə
  • 14 oktyabr, 2022
  • 13:18
İnternational” BOKT-un istiqrazlarına 9 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "İnternational” QSC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar standart bazar seqmentində, rəqbətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 9 investor qiyməti 100 manat (13%), ümumi məbləği isə 2 milyon manat olan 9 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.