“İnternational” BOKT-un istiqrazlarına 7 investor maraq göstərib
- 07 iyun, 2022
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “İnternational” QSC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 7 investor qiyməti 100 manat (13%), ümumi məbləği isə 2 milyon manat olan 7 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Emitentin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 100 manat müəyyən olunub.
Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 13%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.