"International" BOKT-un istiqrazlarına 50 investor maraq göstərib

Maliyyə
  • 19 avqust, 2025
  • 15:48
International BOKT-un istiqrazlarına 50 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "International" QSC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 50 investor 1 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirikəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.