“International” BOKT-un istiqrazlarına 3 investor maraq göstərib

Maliyyə
  • 30 dekabr, 2023
  • 11:26
“International” BOKT-un istiqrazlarına 3 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraz standard bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 3 investor 1,059 milyon manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.