​​​​​​​“İnternational” BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 28 dekabr, 2023
  • 12:57
​​​​​​​“İnternational” BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Dekabrın 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) faizli, təmin edilməmiş, sənədsiz, adlı 1 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi