“İnkişaf üçün maliyyə” BOKT-un xalis mənfəəti 16 %-ə yaxın azalıb
- 29 may, 2025
- 11:01
Yeniliklərdən dərhal xəbərdar olun!
“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 686 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,6 % azdır.
Ötən il “İnkişaf üçün maliyyə”nin vergiyəqədərki mənfəəti 683 min manat (əvvəlki ilə nisbətən 30 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti 2 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “İnkişaf üçün maliyyə”nin aktivləri 11,31 milyon manat olub ki, bu da illik müqayisədə cüzi azdır. Bunun 10,248 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 1,5 % böyüyüb.
Hesabat dövründə “İnkişaf üçün maliyyə”nin öhdəlikləri 17,5 % azalaraq 3,255 milyon manata düşüb, balans kapitalı isə 9,3 % artaraq 8,055 milyon manata çatıb.
Xatırladaq ki, “İnkişaf üçün maliyyə” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi 100% Böyük Britaniyanın “Oksfam” təşkilatıdır.