“İnkişaf üçün maliyyə” BOKT illik 12 %-lə, 1 milyon manatlıq istiqraz buraxır
- 25 yanvar, 2023
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.
“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd, yəni 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "AzFinans İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.