“İnci Kredo Kredit İttifaqı”nın xalis mənfəəti kəskin azalıb

Maliyyə
  • 05 iyul, 2023
  • 05:04
“İnci Kredo Kredit İttifaqı”nın xalis mənfəəti kəskin azalıb

“İnci Kredo Kredit İttifaqı” MMC 2022-ci ili təxminən 0,5 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 8,2 dəfə azdır.

Ötən il “İnci Kredo"nun vergiyəqədərki mənfəəti 0,6 min manat (əvvəlki ilə nisbətən 8,2 dəfə az), mənfəət vergisi öəmələri isə 0,1 min manat (8,2 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “İnci Kredo"nun aktivləri 550 min manat olub ki, bu da illik müqayisədə 27,9 % çoxdur. Hesabat dövründə kredit ittifaqının öhdəlikləri 21,1% azalaraq 179 min manata düşüb, balans kapitalı isə 83,7% artaraq 371 min manata, o cümlədən nizamnamə kapitalı 89,8% artaraq 355 min manata çatıb.

Xatırladaq ki, “İnci Kredo" 2011-ci ildə yaradılıb. Kredit ittifaqı Bakıda fəaliyyət göstərir.