IMF Yaxın Şərq, Şimali Afrika və Pakistan iqtisadiyyatının 1,3 % azalacağını proqnozlaşdırır

Maliyyə
  • 22 oktyabr, 2026
  • 11:28
IMF Yaxın Şərq, Şimali Afrika və Pakistan iqtisadiyyatının 1,3 % azalacağını proqnozlaşdırır

ABŞ və İsrailin İrana qarşı münaqişəsinin nəticələri səbəbindən 2026-cı ildə Yaxın Şərq, Şimali Afrika və Pakistan iqtisadiyyatı 1,3 % azalacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) bəyanatında bildirilib.

Fondun qiymətləndirməsinə görə, münaqişə enerji resurslarının hasilatına, gəmiçiliyə, turizmə, ticarətə və iqtisadiyyata olan inama təsir göstərir. IMF 2027-ci ildə artımın 6,6 %-ə qədər bərpa olunacağını proqnozlaşdırır.

Baza proqnozu 2027-ci ilin əvvəlində münaqişənin səngiməsini və il ərzində ticarətin tədricən normallaşmasını nəzərdə tutur. Bununla yanaşı, fond son dərəcə yüksək qeyri-müəyyənliyin olduğunu qeyd edib.

IMF-in qiymətləndirməsinə görə, əsas risklər enerji resurslarının istehsalında yarana biləcək növbəti fasilələr və enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb ola biləcək ticarət marşrutlarının pozulması ilə bağlıdır.

44 filmi