IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib
Maliyyə
- 27 iyul, 2021
- 14:09
Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci ildə qlobal ümumu daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu 4,4%-dən 4,9%-ə yüksəldib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Fondun dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında yenilənmiş hesabatında bildirilir.
IMF 2021-ci ildə qlobal ÜDM-in artımı ilə bağlı proqnozunu isə dəyişməyib və 6% saxlayıb.
Bununla belə, proqnoza bəzi düzəlişlər edilib. Xüsusilə də Asiyanın bazarı formalaşan və inkişaf etməkdə olan ölkələrinin bu il üçün perspektivləri aşağı salınıb. İnkişaf etmiş iqtisadiyyatlar üçün isə proqnoz yaxşılaşdırılıb.
IMF-in ekspertləri ABŞ-ın ÜDM-nin bu il 7% (6,4% əvəzinə), gələn il isə 4,9% (3,5% əvəzinə) artacağını proqnozlaşdırırlar.
Son xəbərlər
14:44
Estoniya Ukraynaya 150 min avro ayıracaq
Region14:41
Qarğabazar karvansarayı bərpa ediləcək
İnfrastruktur14:40
Foto
Trek velosipedi üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib
Fərdi14:37
Ukraynalı nazir: ABŞ Prezidentinin xüsusi nümayəndəsini ölkəmizə dəvət etmişik
Region14:28
İranın Azərbaycandakı səfiri "Qırmızı körpü"də olub
İnfrastruktur14:26
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub
Hadisə14:19
Pakistan və İran terrorla birgə mübarizə tədbirlərini müzakirə edəcək
Region14:18
Bakıda evdən 15 min manatdan çox oğurluq olub
Hadisə14:17