IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2032-ci ilə 86 milyard ABŞ dollarını ötəcək

Maliyyə
  • 19 fevral, 2026
  • 20:42
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2032-ci ilə 86 milyard ABŞ dollarını ötəcək

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın strateji valyuta ehtiyatları 85,146 milyard ABŞ dollarına çatacaq (illik artım 0,1 %).

Bu barədə "Report" IMF-nin hesabatına istinadən xəbər verir. Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10,688 milyard ABŞ dolları (illik azalma 7,18 %), Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə 74,458 milyard ABŞ dolları (artım 1,25 %) təşkil edəcək.

IMF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17-də Bakıya səfərinin yekunlarına dair bildirib ki, AMB və ARDNF-in cəmi ehtiyatları artmağa davam edəcək, lakin daha zəif templə: "Strateji valyuta ehtiyatları 2024-cü ilin sonuna olan 70 milyard ABŞ dollarından 2025-ci ilin sonuna 85 milyard ABŞ dollarına qədər artıb. Proqnoz üçün risklər ümumilikdə balanslaşdırılmış qalır, lakin xarici qeyri-müəyyənlik yüksək olaraq qalır".

IMF-nin gözləntilərinə görə, 2027-ci ildə strateji valyuta ehtiyatları 84,749 milyard ABŞ dollarına (-0,47 %) çatacaq ki, bunun da 9,709 milyard ABŞ dolları (-9,16 %) AMB-nin, 75,04 milyard ABŞ dolları (+0,78 %) isə ARDNF-in payına düşəcək. 2028-ci ildə bu göstəricilər müvafiq olaraq 84,42 milyard ABŞ dolları (-0,39 %), 8,904 milyard ABŞ dolları (-8,29 %) və 75,516 milyard ABŞ dolları (+0,63 %) səviyyəsində proqnozlaşdırılır.

2029-cu ildə isə ölkənin strateji valyuta ehtiyatlarının 84,966 milyard ABŞ dolları (+0,65 %), AMB-nin ehtiyatlarının 8,754 milyard ABŞ dolları (-1,68 %), ARDNF-in aktivlərinin isə 76,212 milyard ABŞ dolları (+0,92 %), 2030-cu ildə müvafiq olaraq 85,779 milyard ABŞ dolları (+0,96 %), AMB - 8,599 milyard ABŞ dolları (-1,77 %), ARDNF - 77,18 milyard ABŞ dolları (+1,27 %), 2031-ci ildə isə müvafiq olaraq 86,46 milyard ABŞ dolları (+0,79 %), AMB - 8,103 milyard ABŞ dolları (-5,77 %), ARDNF - 78,357 milyard ABŞ dolları (+1,53 %) səviyyəsində olması gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti