IMF 2030-cu ilə qədər Azərbaycanda inflyasiyanın 4 %-ə qədər azalacağını gözləyir
- 14 oktyabr, 2025
- 18:11

Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 5,7 %, 2026-cı ildə 4,5 %, 2030-cu ildə isə 4 % səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə IMF-nin oktyabr icmalında bildirilir.
Aprel proqnozuna əsasən, cari və gələn il üçün gözləntilər dəyişməyib.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə isə 4,3 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin iyul ayı) əsasən, cari ildə inflyasiya 5,7 %, 2026-cı ildə isə təxminən 5,3 % səviyyəsində olacaq.
BMT 2025-ci ildə Azərbaycanda inflyasiyanı 3,6 %, 2026-cı ildə 3,1 %, Dünya Bankı 2025-2026-cı illərdə orta illik inflyasiyanı 2,3 % səviyyəsində proqnozlaşdırır.
Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4,2 %, 2026-cı ildə 3,5 %, Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci ildə orta illik inflyasiyanın 5,5 %, 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.
"S&P Global" və "Moody's" beynəlxalq reytinq agentlikləri Azərbaycanda cari və növbəti illərdə orta illik inflyasiyanın müvafiq olaraq 4 % və 3 %, "Fitch Ratings" isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-sentyabr aylarında isə 5,7 % təşkil edib.