IMF 2025-ci ildə Azərbaycanın iqtisadi artım proqnozlarını yenidən nəzərdən keçirib

Maliyyə
  • 14 oktyabr, 2025
  • 17:49
IMF 2025-ci ildə Azərbaycanın iqtisadi artım proqnozlarını yenidən nəzərdən keçirib

Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın iqtisadi artımının 2024-cü ildəki 4,1 %-dən 3 %-ə qədər yavaşlayacağını gözləyir.

"Report" xəbər verir ki, bu barədə IMF-nin oktyabr icmalında deyilir.

Bu, aprel proqnozu ilə müqayisədə 0,5 faiz bəndi azdır.

Proqnozlara görə, 2026-cı ildə ölkənin ÜDM-i 2,5 %, 2030-cu ildə isə 2,5 % artacaq. Əvvəlki proqnozla müqayisədə növbəti il üçün dəyişikliklər nəzərdə tutulmur.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in 3 %, 2026-cı ildə isə 2,9 % artacağını proqnozlaşdırır. 2025-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatı 1,3 % artıb.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlidir: "S&P Global" 2025-2026-cı illərdə illik 2 % artım, "Fitch Ratings" 2025-ci ildə 3,5 % və 2026-cı ildə 2,5 %, "Moody's" isə ildə 2,5 % artım gözləyir.

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2,4 %, 2026-cı ildə 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 2 %, 2026-cı ildə 2,5 % artacağını proqnozlaşdırır. Dünya Bankı isə 2025-ci ildə Azərbaycanda 2,6 %, 2026-cı ildə 2,4 % iqtisadi artım gözləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti