İKZF mənzil alışına çəkdiyi xərci 5 %-dən çox azaldıb

Maliyyə
  • 03 iyul, 2026
  • 14:23
İKZF mənzil alışına çəkdiyi xərci 5 %-dən çox azaldıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2025-ci il ərzində satmaq öhdəliyi ilə kirayə məqsədli yaşayış sahələri fonduna 311,214 milyon manat dəyərində mənzil əlavə edib.

"Report" bu barədə Fondun hesabatına istinadən xəbər verir.

Bu göstərici 2024-2025-ci illəri əhatə edən dövrdə yaşayış sahələri fondunun həcminin demək olar ki, 2 dəfə böyüməsini ifadə edir. Bununla belə, keçən il 2024-cü illə müqayisədə 5,2 % daha az yaşayış sahəsi satın alınıb.

Hesabat dövrü ərzində yaşayış sahələrinə aid avans ödəmələri 27,7 % azalaraq 185,511 milyon manata düşüb, satmaq öhdəliyi ilə kirayə üçün təmirli yaşayış sahələrinin dəyəri isə 75,1 % artaraq 125,703 milyon manata çatıb.

İKZF ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı əsasında, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkil edilməsi yolu ilə fəaliyyətə başlayıb.