İDK BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 30 may, 2023
  • 06:28
İDK BOKT ötən ili mənfəətlə başa vurub

İDK MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 176 min manat xalis mənfəətlə baş vurub. Halbuki, BOKT 2021-ci ildən 13 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il İDK-nın vergiyəqədərki mənfəəti 182 min manat (əvvəlki ilə nisbətən 14 dəfə çox), mənfəət vergisi ösdəmələri isə 6 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə İDK-nın aktivləri 2,555 milyon manat olub ki, bu da illik müqayisədə 54,2 % çoxdur. Bunun 1,884 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 83,8 % böyüyüb.

Hesabat dövründə İDK-nın öhdəlikləri 13,4 dəfə artaraq 779 min manata, balans kapitalı isə 11 % artaraq 1,775 milyon manata çatıb.

Xatırladaq ki, İDK 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 722 min manatdır, BOKT-un təsisçisi 100 % Əliyar Əsgərovdur.