"İdeal Kredit" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 14 noyabr, 2025
  • 12:04
İdeal Kredit BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Noyabrın 21-də "Bakı Fond Birjası" QSC-də (BFB) "İdeal Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti