“İdeal Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 27 may, 2024
- 05:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,47 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 41,5 % çoxdur.
Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 1,837 milyon manat (əvvəlki ilə nisbətən 41,4 % çox), mənfəət vergisi ödəmələri isə 367 min manat (41,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 12,942 milyon manat olub ki, bu da illik müqayisədə 47,9 % çoxdur. Bunun 11,945 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 47,5 % böyüyüb.
Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 55,5 % artaraq 8,002 milyon manata, balans kapitalı isə 37 % artaraq 4,94 milyon manata çatıb.
Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.