“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını 8 % azaldır

Maliyyə
  • 15 mart, 2023
  • 04:59
“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını 8 % azaldır

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 21 709 manat və yaxud 8 % azaldaraq 272 076 manatdan 250 367 manata endirdiyini elan edib.

“Report” bu barədə rəsmi mətbuata istinadən xəbər verir.

Məlumata görə, kreditorlar onları maraqlandıran suallarla bağlı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, bina 1, mənzil 4 ünvanına müraciət edə bilərlər.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi”nin 2002-ci ildə yaradılıb. BOKT-un səhmdarları 33,85%-lik payla Arif Əliyev (Müşahidə Şurasının sədri), 13,84%-lik payla Siyavuş Verdiyev (İdarə Heyətinin üzvü), 13,03%-lik payla Mehman Qurbanov, 7,75%- Aşıxlı Kredit İttifaqı, 6,95% - Şahsevən Kredit İttifaqı, 6,93%-lik payla Masalli Kredit İttifaqı, 3,47%-lik payla Vidadi Musayev, 2,92%-lik payla Samir Cəlilov (İdarə Heyətinin sədri), 2,36%-lik payla Səbinə İsrafilova, 2,3%-lik payla digər təsisçilər, 1,55%-lik payla Tahirə Qurbanova, 1,29%-lik payla Fatma Abbasova, 1,28%-lik payla Yeni Daşkənd Kredit İttifaqı, 1,26%-lik payla İlham İsrafilov, 1,03%-lik payla Astanlı Kredit İttifaqı, 0,21%-lik payla Azərbaycan Kredit İttifaqları Assosiasiyasıdır.