“İcraçı Kredit Agentliyi” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 19 may, 2025
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 156 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 42,9 % azdır.
Ötən il “İcraçı Kredit Agentliyi”nin vergiyəqədərki mənfəəti 189 min manat (əvvəlki ilə nisbətən 33,7 % az), mənfəət vergisi ödəmələri isə 33 min manat (2,75 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi”nin aktivləri 1,061 milyon manat olub ki, bu da illik müqayisədə 3,5 % azdır. Bunun 975 min manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 7,1 % kiçilib.
Hesabat dövründə “İcraçı Kredit Agentliyi”nin öhdəlikləri 43,1 % azalaraq 113 min manata düşüb, balans kapitalı isə 6,1 % artaraq 938 min manata çatıb.
Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 324 min manatdır.