İpoteka və Kredit Zəmanət Fondunun auditini aparacaq şirkət məlum olub

Maliyyə
  • 28 noyabr, 2018
  • 07:08
İpoteka və Kredit Zəmanət Fondunun auditini aparacaq şirkət məlum olub

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi ilə bağlı açıq tender başa çatıb.

"Report" Fonda istinadən xəbər verir ki, satınalmanın qalibi “RSM Azerbaijan” MMC olub. 

Noyabrın 23-də İpoteka və Kredit Zəmanət Fondu və “RSM Azerbaijan” arasında satınalma müqaviləsi imzalanıb. 

44 filmi