Hesablama Palatasının ilk sədri vəfat edib

Maliyyə
  • 17 yanvar, 2023
  • 06:51
Hesablama Palatasının ilk sədri  vəfat edib
Namiq Nəsrullayev

Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayev bu gecə vəfat edib.

"Report" xəbər verir ki, o, bu gün Bakıda dəfn olunacaq.

Xatırladaq ki, N.Nəsrullayev 1945-ci ildə Bakıda anadan olub, 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə isə M.Lomonosov adına Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. O, 1996-2001-ci illərdə iqtisadiyyat naziri olub, 2001-2007-ci illərdə isə Hesablama Palatasına rəhbərlik edib.

Allah rəhmət eləsin!

44 - Tezliklə