Hesablama Palatasına vətəndaş müraciətləri 66% artıb

Maliyyə
  • 21 aprel, 2022
  • 07:08
Hesablama Palatasına vətəndaş müraciətləri 66% artıb
Hesablama Palatası

2021-ci ildə Hesablama Palatasına 279 vətəndaş müraciəti daxil olub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 111 müraciət və yaxud 66,1% çoxdur.

Ötənilki müraciətlərin 137s-i ərizə (əvvəlki ilə nisbətən 41,2% çox), 4-ü şikayət (2 dəfə çox), 138-i isə təklif (2 dəfə çox) olub.