Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb

Maliyyə
  • 15 iyun, 2026
  • 12:41
Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb
Hesablama Palatası

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7 % artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə olunduğu əsas sahələrdən biri olub.

Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6 % artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib.