Hesablama Palatası səmərəlilik auditlərinin sayını artırıb

Maliyyə
  • 12 aprel, 2023
  • 07:38
Hesablama Palatası səmərəlilik auditlərinin sayını artırıb

2022-ci ildə Hesablama Palatası 5 səmərəlilik auditi keçirib.

"Report" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, bu rəqəm 2021-ci ildə 4 olub.

Ötən il səmərəlilik auditləri 1 118,9 milyon manat vəsaiti əhatə edib. Bu rəqəmin əvvəlki illə müqayisədə yüksək olduğu bildirilir.