Hesablama Palatası audit fəaliyyətində süni intellekdən istifadə edə bilər

Maliyyə
  • 22 oktyabr, 2026
  • 12:30
Hesablama Palatası audit fəaliyyətində süni intellekdən istifadə edə bilər

Hesablama Palatası audit fəaliyyətində süni intellekin tətbiqini nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, qarşıdakı bir neçə ildə süni intellektin tətbiqi Hesablama Palatasının gündəliyində olacaq: "Nəzərə alaq ki, bu prosesə yalnız avqust ayından başlanılıb. Buna baxmayaraq, qeyd olunan zaman kəsiyində artıq böyük yol qət edə bilmişik. Ümumiyyətlə, dövlət maliyyəsinin idarə edilməsi sistemində rəqəmsallaşma bir alətdir. İlk növbədə ayrı-ayrı institutlardan danışırıq, daha sonra isə həmin institutları daha mürəkkəb müstəviyə daşıyan rəqəmsallaşma alətindən bəhs edirik. Biz artıq beşinci strateji planımızın icrasına başlamışıq. Həmin strateji planda doqquz alt məqsədimiz var. Bu alt məqsədlərdən ikisi rəqəmsallaşma, biri isə informasiya sistemlərinin auditi ilə bağlıdır".

Z.Vəliyev qeyd edib ki, bu istiqamətdə fəaliyyət Hesablama Palatasının strateji hədəflərindən biridir: "Onun icrası bizə həm audit fəaliyyəti baxımından üstünlüklər qazandırır, həm də büdcənin icrası ilə bağlı verdiyimiz rəylərin keyfiyyət və məzmun baxımından daha yüksək səviyyəyə çatmasına imkan yaradır".

44 filmi